Lekler Fettelin "Ferrari"də qalmasını arzulayır

10 Mart, 16:16 Sosial mediada paylaşın:
Şarl Lekler növbəti mövsümdə Sebastyan Fettelin “Ferrari”də qalacağına ümid edir.
Niderland mətbuatına açıqlamasında fransalı pilot komanda yoldaşının perspektivi haqda danışarkən onunla mehriban münasibətlərinin qorunduğunu da söyləyib. Şarlın sözlərinə görə, Fettel ona “Ferrari”yə uyğunlaşmaqda çox kömək edib. Buna rəğmən, Lekler Fettelin 2021-ci ildə də komandada qalacağına əmin olmadığını dilə gətirib. Xatırladaq ki, “Ferrari” Leklerlə 2024-cü ilə qədər müqavilə imzalasa da, Fettellə hələ anlaşma əldə olunmayıb.

CANLI YAYIM