Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək

9 Mart, 12:21 Sosial mediada paylaşın:
Formula 1 Bəhreyn Qran-prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.
Bu barədə qərarı Qran-prinin təşkilat komitəsi qəbul edib. Bəhreynli funksionerlər problemlə əlaqədar bəyanat yayaraq risk etmək istəmədiklərini bildiriblər. Təşkilatçılar artıq məsələ ilə bağlı Formula 1 rəhbərliyi ilə anlaşıblar.Yarış martın 20-dən 22-dək “Saxir” trasında keçiriləcək. Bu, çempionatın təqvimə üzrə ikinci turniridir.
Xatırladaq ki, koronavirus epidemiyasına görə bu mövsüm artıq Çin Qran-prisi təxirə salınıb.

CANLI YAYIM