Lebronun forması hərracda 630 min dollara satılıb

7 Mart, 15:00 Sosial mediada paylaşın:
“Leykers”in lideri Lebron Ceymsin fevralın 16-da keçirilən “All Star” matçındakı forması hərracda 630 min dollara satılıb.
Beləliklə, basketbol tarixinin yeni hərrac rekordu qeydə alınıb. Buna qədər ən böyük məbləğ Maykl Cordanın 1984-cü ildə Los Anceles Olimpiadasında çıxış etdiyi geyimin satışından əldə olunmuşdu - 274 min dollar.
Lebronun formalarına aid hərrac rekordu isə 192 min dollar olub. Basketbolçu həmin formanı 2002-ci ildə “Sports İllustrated” jurnalının üz qabığına çəkdirdiyi şəkil üçün geyinmişdi.

CANLI YAYIM