Pakyao Mayki Qarsiya ilə döyüşməyə hazırdır

6 Mart, 17:00 Sosial mediada paylaşın:
WBA versiyası üzrə orta çəkidə kəmər sahibi Menni Pakyao 4 müxtəlif çəki dərəcəsində sabiq çempion Mayki Qarsiya ilə rinqə çıxmağa hazır olduğunu bildirib.
Mətbuata açıqlama verən filippinli boksçu bu döyüşün baş tutması üçün heç bir maneə görmədiyini söyləyib. Xatırladaq ki, Pakyao sonuncu dəfə ötən ilin yayında Kit Turmanla döyüşə çıxmış və hakimlərin yekdil qərarı ilə qalib elan olunmuşdu. Qarsiya isə ötən həftə yarımorta çəkidə ilk görüşdə Cessi Varqası məğlub etmişdi. Yeri gəlmişkən, bir müddət əvvəl məşhur promouter Bob Arum Pakyao ilə WBO versiyası üzrə dünya çempionu Terens Krouford arasında görüş təşkil etmək istədiyini söyləmişdi.

CANLI YAYIM