"Honda" 2021-ci ildən sonra Formula 1-dən gedə bilər

5 Mart, 16:52 Sosial mediada paylaşın:
Formula 1-in iştirakçılarindan “Red Bull” və “Alfa Tauri”ni mühərriklə təmin edən “Honda” müştəriləri ilə hələki yeni müqavilə bağlamayıb.
Ona görə də Yaponiya şirkətinin 2021-ci ildən sonra bu yarışlardan çıxacağını ehtimal etmək olar. “Honda”nın Formula 1 üzrə nümayəndəsi Masasi Yamamoto mətbuata açıqlamasında deyib ki, hazırda “Red Bull”la danışıqlar aparılsa da hələ ki, konkret razılıq əldə olunmayıb. Onun sözlərinə görə, Formula 1-in ölçü vahidi azarkeşlərdir. Onların yarışa marağı azalsa, bu layihədən çıxacaqlar.

CANLI YAYIM