Fyuri Coşua ilə görüşdən sonra karyerasını başa vuracaq

5 Mart, 11:40 Sosial mediada paylaşın:
WBC versiyası üzrə ən ağır çəkidə dünya çempionu Tayson Fyuri Entoni Coşua ilə görüşdən sonra karyerasını başa vuracağını elan edib.
Mətbuata açıqlama verən boksçu bildirib ki, Coşuaya qədər daha bir görüş keçirəcək. Son 31 döyüşündə məğlub olmadığını, 2015-ci ildə Vladimir Kliçkonu məğlub etdiyini xatırladan Fyuri dünya çempionu olduğunu ön plana çəkib və karyerasını da elə dünya çempionuna qarşı döyüşlə bitirəcəyini söyləyib. Xatırladaq ki, Fyuri ayrı-ayrı iki çempiona qalib gələn ən ağır çəkili ilk boksçu kimi tarixə düşüb. O, son döyüşündə Deontey Vaylderi məğlub edərək onun kəmərinə yiyələnib.