Fettel "Ferrari"dən gedəcəyini istisna etməyib

4 Mart, 17:25 Sosial mediada paylaşın:
Formula-1 üzrə 4 dəfə dünya çempionu Sebastian Fettel “Ferrari”dən gedə biləcəyini istisna etməyib.
Amma o, “Kral avtoyarışları”nda iştirak etmək istədiyini dilə gətirib. Almaniyanın “Bild” nəşrinə açıqlama verən Sebastian hələ də yarışlardan həzz aldığını söyləyib. Amma pilot “Ferrari”dəki gələcəyinin sual altında olduğunu vurğulayıb. Bununla o, Şumaxer kimi pilotun “Ferrari”dən getdiyinə işarə vurub və özünün də komandadan ayrıla biləcəyinin mümkünlüyünü dilə gətirib.