Volff DAS sisteminin sirrini açmayacaq

3 Mart, 17:20 Sosial mediada paylaşın:
Toto Volff hesab edir ki, DAS sistemi onlara döngələrdə üstünlük yaratmır.
“Bild” nəşrinə açıqlamasında “Mersedes” rəhbəri yeni texnologiyanın sirrləri barədə ictiamiyyətə heç bir məlumat verməyəcəyini də bildirib. Onun sözlərinə görə, sözügedən texnologiya, sadəcə, yenilikdir və o, sürətə təsir etməyəcək. Xatırladaq ki, bir müddət əvvəl “Mersedes”in tətbiq etdiyi DAS sistemi digər komandaların narazılığına səbəb olmuş, FİA isə yeniliyi leqal saymışdı. Amma yeni reqlamentə əsasən, “Mersedes” 2021-ci ildən DAS-dan istifadə edə bilməyəcək.

CANLI YAYIM