Volf Hemiltonun yüksək məvacib istəməsini təkzib edib

29 Fevral, 16:45 Sosial mediada paylaşın:
“Mersedes” rəhbəri Toto Volff bildirib ki, Luis Hemiltonla yeni müqavilənin maliyyə tərəfində anlaşa bilməmələri ilə bağlı məlumatlar doğru deyil.
O, Böyük Britaniya mətbuatına açıqlamasında deyib ki, ümumiyyətlə danışıqlara hələ başlanılmayıb. Onu da vurğulamaq yerinə düşər ki, bir neçə gün əvvəl Luis Hemiltion hələ yeni müqavilənin gündəmdə olmadığını dilə gətirmişdi.