Kazins "Mayami"yə keçə bilər

28 Fevral, 17:32 Sosial mediada paylaşın:
“Mayami” komandası “Leykers”dən ayrılan Demarkus Kazinsi heyətinə cəlb edə bilər.
Bu barədə Floridada nəşr olunan qəzetlərdən biri xəbər verib. Mənbənin yazdığına görə, “Mayami” hələ ötən yay Kazinsi transfer etmək istəyib, amma “Sakramento” basketbolçusu “Leykers”ə keçməyə üstünlük verib. Los-Anceles klubu isə zədədən əziyyət çəkən Kazinsdən heç bir fayda götürmədiyindən onunla yolları ayırmaq qərarına gəlib.

CANLI YAYIM