Coşua ilə Pulev "Tottenhem"in stadionunda qarşılaşacaq

28 Fevral, 16:29 Sosial mediada paylaşın:
WBA Super, WBO, IBF, IBO versiyası üzrə superağır çəkidə dünya çempionu, britaniyalı Entoni Coşuanın növbəti görüşünün vaxtı və məkanı məlum olub.
O, bolqarıstanlı Kubrat Pulevlə iyunun 20-də Londonda, “Tottenhem” futbol klubuna məxsus stadionunda üz-üzə gələcək. Coşuanın meneceri Eddi Hirnin sözlərinə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Xatırladaq ki, Coşua son döyüşünü 2019-cu il dekabrın 7-də Səudiyyə Ərəbistanında Endi Ruisə qarşı keçirib və hakimlərin ümumi qərarı ilə qalib elan olunaraq çempionluq kəmərlərini geri qaytarıb.
Pulev isə sonuncu dəfə ötən ilin noyabrında Raydell Bukeri məğlub edib.

CANLI YAYIM