Formula 1-də mövsümün maya qədər təxirə salınmaq təhlükəsi var

28 Fevral, 15:26 Sosial mediada paylaşın:
Formula-1 komandalarından bəziləri, həmçinin avtodromların təmsilçiləri koronavirus təhlükəsinə görə mövsümün may ayına qədər təxirə salınacağından ehtiyatlanır.
Çin Qran-prisi təxirə salınıb, indi də Vyetnam və Bəhreyn yarışlarının keçirilrməyəcəyi ilə bağlı sözhbətlər var. Hətta Hanoydakı avtodrom rəsmilərindən biri deyilənləri istisna etməyib. Bəhreyndə də koronavirusa yoluxma faktları qeydə alınıb. Mövsümün Avstraliyada keçirilməli olan ilk qran-prisi haqda da bədbin fikirlər səslənir. Avstraliya höküməti vətəndaşlarına Sinqapur və Bəhreyn kimi ölkələrə getməyə qadağa qoyub.
Bununla belə, Formula-1 rəhbərliyi mövsümün plan əsasında keçiriləcəyini söyləyib.
 

CANLI YAYIM