İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib

28 Fevral, 14:23 Sosial mediada paylaşın:
Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.
Bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, Qum şəhərində ölümcül virusa yoluxan 23 yaşlı futzalçının həyatını xilas etmək mümkün olmayıb. Şeyxi İsfahanın "Sepahan" klubunda çıxış edib.
Xəbərdə bildirilir ki, rəsmi məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb və 245 yoluxma halı qeydə alınıb.

CANLI YAYIM