Petresku mətbuat konfransına oyun qaydaları kitabı ilə gəlib

28 Fevral, 12:30 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 1/16 finalında 1:1 hesabı ilə başa çatan “Sevilya” – “Kluj” oyunundan sonra qonaqların baş məşqçisi Dan Petresku hakimi tənqid edib.
Mətbuat konfransına futbol oyun qaydaları kitabı ilə gələn rumıniyalı mütəxəssis 89-cu dəqiqədə qaydalar çərçivəsində qol vurduqlarını deyib, kitabdan lazım olan hissəni jurnalistlərə oxuyub. Petresku mübarizəni məhz hakimlərə görə dayandırdıqlarını vildirib: “Bunu anlamaq çətindir, çünki biz təmiz qol vurduq. Qaydalarda bu epizoda görə qolun sayılmalı olduğu yazılıb. Futbolçularım çox məyusdur. Heç kim bu qolu bizə qaytarmayacaq. “Kluj”a qarşı haqsızlıq etdilər”.

CANLI YAYIM