Aydın Süleymanlı "Aeroflot Open" turnirinin qalibi olub

28 Fevral, 12:09 Sosial mediada paylaşın:
Azərbaycanın gənc şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilən “Aeroflot open” festivalında parlaq qələbə qazanıb.
Güclü zəka sahiblərinin mübarizə apardığı A turnirində yarışan həmvətənimiz 9 mümkündən 6,5 xal toplayıb. Daha 3 şahmatçı onunla eyni xala malik olub, amma 14 yaşlı Aydın Süleymanlı əlavə göstəricilərə görə 1-ci yeri tutub. Komandamızın üzvü Rauf Məmmədov isə 3-cü olub. A turnirindəki daha bir şahmatçımız Vüqar Əsədli 6 xalla 6-cı pillədə qərarlaşıb.