Həbib: "Konor Qetji kimi qaydasız döyüşçü ilə üz-üzə gəlməlidir"

27 Fevral, 17:00 Sosial mediada paylaşın:
UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu  Həbib Nurməhəmmədov Konor Makqreqoqrun  özünə zəif rəqiblər seçdiyini iddia edir.
Onun sözlərinə görə, bununla irlandiyalı döyüşçü çətin rəqiblərdən qaçır. Makqreqorun 40 saniyəyə məğlub etdiyi Donald Serroneni yüksək səviyyəli döyüşçü saymadığını deyən Həbibin sözlərinə görə, Makqreqor ona qalib gələcəyini bildiyi üçün belə seçim edib. “Konor indiki məqamda Qetji kimi qaydasız döyüşçü ilə üz-üzə gəlməlidir”, - deyə Həbib fikrini tamamlayıb.

CANLI YAYIM