Lekler "Ferrari"nin "Mersedes" və "Red Bull"dan geri qaldığını etiraf edib

27 Fevral, 15:00 Sosial mediada paylaşın:
“Ferrari” pilotu Şarl Lekler ikinci test sınaqları haqda təəssüratlarını bölüşüb. Franalı pilot bolidlərinin döngələrdə indi daha sürətli olduğnu söyləyib.
O deyib ki, “Ferrari”nin bu mövsüm üçün əsas məqsədi də məhz bu idi. Amma Şarl sabit çıxış etmək üçün hələ balanslı bolid yaratmalı olduqlarını da vurğulayıb və Avstraliya Qran-prisini gözləməli olduqlarını diqqətə çatdırıb. Lekler yarış olmamış ”Ferrari”nin hansı səviyyədə olmasını müəyyənləşdirməyin mümkünsüzlüyünü qeyd edib. Amma “Ferrari” pilotu etiraf edib ki, hazırda “Mersedes” və “Red Bull”dan geri qalırlar.

CANLI YAYIM