Braun Alonsonun "Maklaren"ə qayıdacağını istisna edib

26 Fevral, 16:34 Sosial mediada paylaşın:
“Maklaren”in rəhbəri Zak Braun Formula 1 üzrə 2 qat dünya çempionu Fernando Alonsonun komandalarına qayıdacağını istisna edib.
Braunun sözlərinə görə, ispaniyalı pilot yenidən Formula 1-ə qayıda bilər. Amma bu “Maklaren” olmayacaq. O, hazırda “Maklaren”də çıxış edən Karlos Sayns və Lando Norrisin çıxışndan razı qaldığını və gələcəklərinin bu pilotlarla bağlı olduğunu bildirib.
Xatırladaq ki, bu iki pilotun sayəsində Britaniya komandası  Mühəndislər Kubokunda 4-cü pilləyə yüksəlmişdi.