Koronavirus təhlükəsi Avroliqaya da təsir göstərir

26 Fevral, 15:30 Sosial mediada paylaşın:
Martın 3-də Avroliqada İtaliyada keçirilməli olan “Olimpiya Milan” – “Real” görüşü koronavirus təhlükəsinə görə təxirə salına bilər.
Qeyd edək, İtaliyanın şimalında digər nəhəng idman tədbirləri də bu epidemiyaya görə ya təxirə salınır, ya da azarkeşsiz keçirilir. Amma Avroliqada Milanda keçirilməli olan 27-ci turun oyun təxirə düşsə, bu basketbol yarışlarında ilk belə hal olacaq. Artıq məsələ ilə bağlı Avroliqa rəhbərliyi də bəyanat yayıb. Bəyanatda bildirilir ki, təhlükə tam sovuşana qədər liqa ehtiyatlı qərarlar qəbul edəcək.

CANLI YAYIM