Uqo Qatti: "Hətta Ronaldinyo Messidən güclü futbolçu idi"

26 Fevral, 14:30 Sosial mediada paylaşın:
Argentina millisinin sabiq qapıçısı Uqo Qatti “Barselona”nın hücumçusu Lionel Messini ötən illərin sabiq futbolçuları ilə müqayisə edib.
O, bu mənada Leonun çıxışını bəyənmədiyini söyləyib: “Messi mənim oynadığım dövrdəki futbolçuların səviyyəsindən çox uzaqdır. O vaxt Pele və Alfredo Stefano ən güclü futbolçular idi. Digərləri onlardan geridə idi. Hətta Ronaldinyo formada olduğu dövrlərdə Messidən güclü futbolçu idi. Mən Maradona ilə “Boka Xuniors” və Argentina millisində bir yerdə oynamışam. Maradona Messidən güclü futbolçu olub. Bu heç müzakirə mövzusu deyil. Maradona həlledici oyunlarda səhnəyə çıxırdı, Lionel isə bunu bacarmır.

CANLI YAYIM