Lempard məğlubiyyəti "Bavariya"nın güclü olması ilə əlaqələndirib

26 Fevral, 12:30 Sosial mediada paylaşın:
Çempionlar Liqasının  1/8 final mərhələsinin ilk oyununda Londonda “Bavariya”ya məğlub olduqdan sonra “Çelsi”nin baş məşqçisi uğursuzluq haqda danışıb.
O, münhenlilərin güclü olduğunu etiraf edib: “Biz çox pis oynadıq. Bəzən maksimal dərəcədə ədalətli olmalısan. Bəli, “Bavariya” bütün komponentlərdə bizdən güclü idi. Məhz münhenlilər güclü olmasının sayəsində ÇL və bundesliqada çempionluq uğrunda mübarizə aparır. Məğlubiyyəti qəbul etməli və işləməliyik. Ümid edirəm ki, oyunçularım meydan “Bavariya”nın oyunçularından çox şey öyrənəcək. Biz məhz bu səviyyəyə yüksəlməliyik”.

CANLI YAYIM