Koronavirusa görə Avro 2020-nin bəzi şəhərləri təşkilatçılıqdan məhrum edilə bilər

26 Fevral, 11:54 Sosial mediada paylaşın:
Koronavirus təhlükəsinə görə yayda keçiriləcək Avropa Çempionatına ev sahibliyi edəcək bəzi şəhərlər bu imkandan məhrum edilə bilər.
Bunu UEFA-nın vitse-prezidenti Mişel Uva İtaliya radiosuna müsahibə verərkən söyləyib: “Hazırda biz gözləmə mövqeyini tutmuşuq. Futbol oyunları dövlətlərin üzərinə götürdükləri müəyyən öhdəliklər çərçivəsində keçirilməlidir. Biz çalışacağıq ki, iş bu həddə gəlib çatmasın, amma zərurət qarşısında epidemiya təhlükəsi yaşayan ölkədə oyunların keçirilməsinə imkan verməyəcəyik. Yəni, həmin məqamda şəhərlərin yeri dəyişdirilə bilər”.
 

CANLI YAYIM