"Ferrari" Fettelin bolidindəki problemə aydınlıq gətirib

25 Fevral, 16:25 Sosial mediada paylaşın:
“Ferrari” ötən həftə test yarışlarının 3-cü günündə Sebastian Fettelin idarə etdiyi bolidin mühərrikində yaşanan problemə aydınlıq gətirib.
Bu barədə bəyanat yayan skuderiyalılar bunu bolidin yağlama sistemindəki çatımazlıqla əlaqələndiriblər. Yeni mövsümə istənilən kimi hazır olmadığı deyilən “Ferrari” rəhbərliyi bildirib ki, narahatlığa əsas yoxdur və klubun Maranello bazasındakı problemlər də yoluna qoyulub.
Maraqlıdır ki, Fettel bolidində mühərrik problemi yaşadığı ana qədər 3-cü test günündə ən sürətli dövrə ilə yadda qalmışdı.

CANLI YAYIM