Kobi Brayantla vida mərasimi keçirilib

25 Fevral, 12:30 Sosial mediada paylaşın:
Los-Ancelesdə əfsanəvi basketbolçu Kobi Brayantla vida mərasimi keçirilib.
“Steypls” arenasında təşkil olunan mərasimdə yanvarın 26-da qəzaya uğrayan helikopterdə dünyasını dəyişən “Leykers”in sabiq lideri Kobi Brayant və onun 13 yaşlı qızı Canna yad edilib. Xatırladaq ki, dəfn mərasimi fevralın 7-də Kobinin həyat yoldaşı Vanessanın istəyi ilə qapalı şəkildə təşkil olunub. Vida mərasimi isə ictimaiyyətə açıq elan edilib və fevralın 24-ə təyin edilməsi rəmzi xarakter daşıyıb. Belə ki, qəzada həlak olmuş 13 yaşlı Canna 2, Kobi isə 24 nömrə ilə çıxış edirdi.