Kovalçuk Oveçkinin komanda yoldaşı oldu

25 Fevral, 15:00 Sosial mediada paylaşın:
“Vaşinqton” komandası “Monreal”ın rusiyalı hücumçusu İlya Kovalçuku heyətinə cəlb edib.
Bu barədə MXL-in rəsmi saytı məlumat yayıb. Beləliklə, İlya bu mövsüm liqada 3-cü komandada çıxış edəcək: mövsümün əvvəlində “Los Anceles”ə məxsus olan Kovalçuk müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verərək “Monreal”a keçdi və “Kanadiens”in heyətində 3 qol vuran 36 yaşlı forvard 6 məhsuldar ötürmə etdi. Ümumiyyətlə, İlya MXL-də keçirdiyi 919 oyunda 872 xal toplayıb.
Onu da qeyd etmək yerinə düşər ki, Kovalçukla anlaşan “Vaşinqton”da daha bir neçə rusiyalı xokkeyçi - Aleksandr Oveçkin, Dmitrli Orlov, İlya Samsonov və Yevgeni Kuznetsov da çıxış edir.

CANLI YAYIM