Ramin Musayev: "Divizionda bölgə klublarının sayını artırmaq planımız var"

25 Fevral, 14:00 Sosial mediada paylaşın:
"Mövsümün sonunda I diviziondan 3 komanda gəlsə, Azərbaycan premyer-liqasında sonuncu klub elitanı tərk edəcək".
Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev buldirib. Onun sözlərinə görə, bu məsələdə hər şey aşağı dəstə klublarının maddi durumundan asılı olacaq: "Hansısa klub lisenziya şərtlərini yerinə yetirə bilsə və maddi imkanı yüksək liqada iştiraka imkan versə, elitada sonuncu pilləni tutacaq komandanı həmin kollektiv əvəz edəcək. Bu, birmənalı şəkildə belə olacaq".
R.Musayev "Diviziondan 2 və ya 3 komanda lisenziya şərtlərinə cavab verərsə, onda necə olacaq" sualına isə belə cavab verib: "Planda var ki, divizionda da bölgə klublarının sayını artıraq. Elitaya yüksələcək klubların yerinə həmin komandalar buraxıla bilər".
Hazırda premyer-liqada "Qəbələ" 13 xalla sonuncu - 8-ci pillədədir.

CANLI YAYIM