Poqba: "Liverpul"un çempion olmasını istəmirəm"

25 Fevral, 13:00 Sosial mediada paylaşın:
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Liverpul”un hazırkı dominantlığı ilə bağlı fikir bildirib.
O, “qırmızılar”ı çempion kimi görmək istəmədiyini deyib: “Liverpul” bizdən çox irəlidədir. Onlar bu mövsüm çempionatda hələ uduzmayıblar və tarixi qalibiyyətin bir addımlığındadırlar. “Mançester Yunayted”in oyunçusu kimi mən “Liverpul”un çempion olmasını istəmirəm, amma bir futbol həvəskarı kimi deməliyəm ki, mersisaydlılar hazırda layiq olduqları pillədə qərarlaşıblar”.

CANLI YAYIM