Klopp: "Mançester Siti"nin rekordunu təkrarladığımıza inana bilmirəm"

25 Fevral, 12:00 Sosial mediada paylaşın:
İngiltərə premyer-liqasında öz meydanında “Vest Hem”i məğlub edən (3:2) “Liverpul” çempionatda ardıcıl 18-ci qələbəsini qazanmaqla 2017-ci ildə “Mançester Siti”nin rekordunu təkrarlayıb.
Oyundan sonra baş məşqçi Yürgen Klopp mükəmməl göstərici haqda bunları deyib: “Çempionlar Liqasının finalı bizə yerimizdə durmamağa kömək etdi. Həmin oyundan sonra demişdim ki, keyfiyyətinə görə aşağı səviyyəli final alındı, amma biz qalib gəldik. Bu mövsüm isə biz doğru olan işləri daha mükəmməl görürük.  Açığı, mən “Mançester Siti”nin rekordunun təkrarlanmayacağını düşünürdüm. Amma belə olmadı və bunu biz bacardıq. Heç inana bilmirəm. Əsas odur ki, yerimizdə dayanmayaq”.

CANLI YAYIM