"Napoli" azarkeşləri Messini "Dieqo" şüarları ilə qarşılayıb

25 Fevral, 11:21 Sosial mediada paylaşın:
“Napoli” fanatları Neapolda “Barselona”nın hücumçusu Lionel Messini “Dieqo, Dieqo” şüarları ilə qarşılayıb.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, yerli fanatlar bununla “Napoli”nin əfsanəvi argentinalı futbolçusu Maradonanın Messidən üstün futbolçu olmasını bildirmək istəyiblər. Leo isə onların hərəkətini mehribanlıqla qarşılayıb. Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə “San Paolo” stadionunda “Napoli” ilə “Barselona” komandaları üz-üzə gələcəklər. Oyunu almaniyalı hakim Feliks Brıx idarə edəcək.

CANLI YAYIM