İmola Şanxayı əvəz etməyəcək

24 Fevral, 15:41 Sosial mediada paylaşın:
Məlum olduğu kimi, koronavirus təhlükəsinə görə Formula 1-in İmolada keçirilməli olan Çin qran-prisi təxirə salınıb. San-Marino qran-prisinin təşkilatçıları, vəziyyətdən çıxış yolu kimi, Şanxay yarışını əvəzləmək üçün FİA-ya məktub göndərib, amma istəkləri müsbət cavablandırılmayıb. Çünki İmoladakı yarış Çin Qran-prisinin yerinə aprel ayında keçirilsə, onda avtomatik olaraq Uzaq Şərq ölkəsindəki yarış ləğv edilməlidir. Buna səbəb isə Formula-1 rəhbərliyinin bu mövsüm 23 qran-pri keçirmək istəməməsidir. İndi Çin qran-prisinin noyabr ayında təşkili planı nəzərdən keçirilir.
Mövsümün yekun yarışı Abu-Dabi qran-prisindən bir həftə əvvəl Çindəki yarışın təşkilinə şərait yaradıcılığı istisna olunmur.

CANLI YAYIM