Kris Pol daha 5 il MBA-da qalmaq istəyir

24 Fevral, 14:37 Sosial mediada paylaşın:
“Oklahoma Siti”nin oyun qurucusu Kris Pol daha 5 il MBA-da qalmaq istədiyini bildirib.
ABŞ mətbuatına açıqlamasında təcrübəli basketbolçu deyib ki, əsas hədəfi liqada 20 il çıxış etməkdir. Pol hazırda MBA-da 15-ci mövsümünü keçiririr. İndiyə qədər liqa tarxində yalnız 7 oyunçu MBA-da 20 və daha çox mövsüm keçirib. Bunlar Vins Karter, Dirk Novitski, Kevin Qarnett, Kevin Uillis, Robert Periş, Kobi Brayant və Kərim Əbdül-Cabbardır.
Kris Polun müntəzəm çempionatda 1005 oyun keçirdiyini və hər oyuna orta hesabla 18,5 xal, 4,5 ribaund, 9,5 məhsuldar ötürmə etdiyini də vurğulayaq.

CANLI YAYIM