Anri: "Vengerin gedişindən sonra problem dərinləşməyə başladı"

24 Fevral, 13:32 Sosial mediada paylaşın:
“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri  premyer-liqada çıxış edən böyük klubların oyununu təhlil edib.
Hazırda MLS-də mübarizə aparan “Monreal İmpakt”ın baş məşqçisi əsasən “Liverpul”, “Mançester Siti” və “Arsenal” barədə danışıb: “Liverpul” inanılmaz intensivlik, ritm və sürət nümayiş etdirir. “Mançester Siti”yə qarşı oynayırsansa, üzərində mütləq güclü təzyiq hiss edirsən. Topu ələ keçirəndə ciddi pressinqlə üzləşir, başını qaldırıb hara baxırsan, “şəhərlilər”i görürsən. Arsen Vengerin gedişindən sonra “Arsenal”da mövcud problem və çatışmazlıqlar daha da dərinləşməyə, şaxələnməyə başladı. Komandadakı reallıq barədə müxtəlif fikirlər eşitmişəm. Amma həqiqəti yalnız içəridə olanlar bilər”.

CANLI YAYIM