Arteta: "Obameyanq nəhəng komandaların hədəfində olmağa layiqdir"

24 Fevral, 12:30 Sosial mediada paylaşın:
“Arsenal”ın baş məşqçisi Mikel Arteta əsas oynçularından olan Pyer-Emerik Obameyanqın komandadakı gələcəyi haqda danışıb.
“Everton”la görüşdən sonra o, qabonlu hücumçunun qalması üçün əllərindən gələni edəcəklərini bildirib: “Obameyanq ən vacib oyunçularımızdandır. Onun “Arsenal”ın çıxışına müsbət təsir etdiyini hamı görür. Meydanda inanılmaz işlər görür. Digər klubların Obameyanqı transfer etmək istəyini anlayıram. Axı biz top oyunçudan danışırıq. O, həqiqətən də nəhəng komandaların hədəfində olmağa layiqdir. Ancaq Pyer-Emeriki “Arsenal”da böyük gələcək gözləyir”.
 

CANLI YAYIM