Kavani PSG-nin heyətində 200-cü qolunu vurub

24 Fevral, 12:00 Sosial mediada paylaşın:
“Bordo” ilə oyunda Edinson Kavani PSJ-nin heyətində 200-cü qolunu vurub. Bununla da uruqvaylı hücumçu klub tarixində bu həddə çatan ilk futbolçu kimi tarixə düşüb. Bunun üçün ona 298 oyunda çıxış etmək lazım gəlib. Kavani 138 dəfə Fransa Liqa 1-də, 32 dəfə ölkə kuboku oyunlarında fərqlənib, UEFA Çempionlar Liqasında isə 30 qol vurub. PSJ tarixinin ən məhsuldar 10 oyunçusunun siyahısını təqdim edirik: 
1.      Edinson Kavani                    200
2.      Zlatan İbrahimoviç               156
3.      Pedru Pauleta                      109
4.      Dominik Roşto                     100
5.      Mustafa Daleb                      98
6.      Fransua M`Pele                    95
7.      Saffet Suşiç                         85
8.      Kilian Mbappe                      84
9.      Anxel Di Mariya                   81
10.    Rai                                       72 

CANLI YAYIM