Ötən il Federerlə Nadal 29, Serena Vilyams 11 dəfə dopinq-testdən keçib

22 Fevral, 14:35 Sosial mediada paylaşın:
Beynəlxalq Tennis Federasiyası 2019-cu ildə tennisçilərin dopinq testdən keçməsi ilə bağlı statistikanı açıqlayıb.
Məlum olub ki, ötən il 7773 dəfə raketka ustaları yoxlanışdan keçib. Bunlardan 4310 kişilərin, 3643-ü isə qadınların yarışında baş tutub. Konkret adlara gəlincə, ötən mövsüm ən çox Xen Çonla Viktoriya Kujmova  ən çox dopinq testdən keçib. Belə ki, adları çəkilən bu iki tennisçi il ərzində hərəyə 34 dəfə yoxlanılıb. 31 dəfə Yan-Lennard Ştruff, 30 dəfə isə Yuliya Gerges dopinq müfəttişlərinin hədəfinə tuş gəlib.
ATP reytinqin ilk “10-luğ”unda qərarlaşanlar arasında isə Rafael Nadalla Rocer Federer 29 dəfə yoxlanılıb.  Qadınların ən güclüləri arasında isə Eşli Barti ilə Elina Svitolina eyni sayda dopinq-testdən keçib. Ən az yoxlanışdan keçən tennisçi isə Serena Vilyams olub. Onu 11 dəfə yoxlayıblar.  

CANLI YAYIM