Federer "Rolan Qarros"da çıxış etməyəcək

21 Fevral, 16:00 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirlərdə 20 dəfə qalib olmuş Rocer Fededer “Rolan Qarros”da iştirak etməyəcək.
İsveçrəli raketka ustası dizindən əməliyyat olunduğu üçün bir müddət korta çıxa bilməyəcək. Xəbərdə Federerin Dubay, İndian-Uells, Boqota və Mayamidəki nüfuzlu yarışlardan da kənar qalacağı və yalnız “Uimbldon” ərəfəsində sıraya dönəcəyi bildirilir.
Hazırda 38 yaşlı tennisçinin ATP reytinqində 3-cü pillədə qərarlaşdığını da qeyd edək.

CANLI YAYIM