Ellerdays: "Simeone İngiltərədə çox qala bilməz"

21 Fevral, 14:00 Sosial mediada paylaşın:
İngiltərə millisinin sabiq məşqçisi Sem Ellerdays “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone haqda danışıb.
Daha dəqiqi, İngiltərə premyer-liqasına gələcəyi halda onun hansı taktiki variantlara üstünlük verməli olduğuna münasibət bildirib: “Premyer-liqada müdafiə futbolu oynamaq olmaz. Belə olsa, İngiltərədə çox qala bilməz. Simeone “Atletiko”da müdafiə taktikasını tətbiq etməklə mükəmməl işlər görüb və görür. Sadəcə, bizim ölkədə bu məqbul deyil. Əslində, ağıllı müdafiə olunmağın özü də böyük bacarıq tələb edir və sözün əsl mənasında, bir incəsənətdir. Amma komandan topa sahib deyilsə, qalib gələ bilməyəcəksiniz. Qalib gələ bilmədinsə, onda işini itirəcəksən”.