Emil Balayev Norveçə yollanır

20 Fevral, 10:40 Sosial mediada paylaşın:
Emil Balayev karyerasını, böyük ehtimalla Norveçdə davam etdirəcək.
“Sport24.az” portalının yazdığına görə, "Bodo Qlimt" klubu Azərbaycan millisinin qapıçısının xidmətində maraqlıdır və 26 yaşlı qapıçımıza rəsmi məktub göndərib. Tərəflərin müqavilə şərtlərində ilkin razılığa gəldiyi, bəzi prinsipial məqamlarda isə yaxın günlərdə ortaq məxrəcə gəlinəcəyi gözlənilir.
Norveçdə çempionatın yaz-payız sistemi ilə keçirildiyini və "Bodo Qlimt"in Norveç çempionatının gümüş mükafatçısı olduğunu da xatırladaq – komanda qızıl medal uğrunda mübarizədə “Rusenburq”u qabaqlasa da, "Molde"dən geri qalıb və 16 illik fasilədən sonra avrokubokarda çıxış etmək hüququna yiyələnib. Norveçdə yeni – 2020-ci il mövsümü aprelin əvvəlində başlanır və Balayevin potensial klubu ilk turun görüşünü aprelin 5-də öz meydanında "Myondalen" futbolçularına qarşı keçirəcək.

CANLI YAYIM