Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua Azərbaycana gəlib

19 Fevral, 17:35 Sosial mediada paylaşın:
Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua Azərbaycana gəlib. 
Səfərin məqsədi komandalarının Azərbaycan çempionatında çıxışını izləməkdir. GVF rəhbəri bildirib ki, bir neçə ildir Gürcüstan və Azərbaycan voleybol federasiyaları əməkdaşlıq edir və bu, hər iki tərəf üçün faydalıdır: “Əvvəllər yalnız qadınlardan ibarət komandamız Azərbaycan çempionatında iştirak edirdisə, bu mövsümdən kişi voleybolçularımıza da bu imkan yaradılıb. Buna görə Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu mövsümün fərqli cəhətlərindən biri də odur ki, qadın voleybolçuların Azərbaycan çempionatının bir neçə oyunu Gürcüstanda keçiriləcək. Mübarizə yekunlaşdıqdan sonra isə birgə təlim-məşq toplanışımız olacaq”.