"Barselona" "Leqanes"in hücumçusunu transfer etməyə yaxındır

19 Fevral, 11:42 Sosial mediada paylaşın:
“Barselona”nın hücumçu axtarışı yekunlaşmaq üzrədir – komanda  “Leqanes”dən Martin Brautveyti transfer etməyə yaxındır.
Kataloniya radiosunun məlunatına görə, klub 28 yaşlı danimarkalı futbolçu üçün 20 milyon avro ödəməlidir. Xatırladaq ki, Luis Suares və Usman Dembelenin zədələnməsi bu zərurəti yaradıb və reqlamentə uyğun olaraq, federasiya “Barsa”ya transfer hüququ verib. Amma katalonlar bunu 15 gün ərzində həyata keçirməlidir.

CANLI YAYIM