Del Pyero: "Messinin "Barselona"dan getmək istədiyini düşünmürəm"

18 Fevral, 17:00 Sosial mediada paylaşın:
Lionel Messinin “Barselona”dan gedəcəyi ilə bağlı söhbətlər səngimir.
Baxmayaraq ki, bunun real əsası yoxdur. Amma nə qədər ki, argentinalının klub rəhbərliyindən narazılığı davam edəcək, söz-söhbətlər də bitməyəcək. Ona görə də tanınmış futbol adamlarının məsələyə münasibət bildirməsi təbiidir. “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero da fikirlərini bölüşüb: “Messi dahi futbolçudur. Onun “Barselona”dan getmək istədiyini düşünmürəm. Çünki Leo klubuna çox bağlıdır. Əksəriyyət hesab edir ki, argentinalı futbolçu karyerasını “Barselona”da bitirəcək. Bu, çox əlamətdar hadisə olardı”.

CANLI YAYIM