Kasilyas federasiya prezidenti olmaq üçün namizədliyini elan edib

18 Fevral, 15:00 Sosial mediada paylaşın:
“Portu”da çıxış edən İker Kasilyas İspaniya Futbol Federasiyasının prezident seçkilərində iştirak edəcək.
Bu barədə İspaniya millisinin sabiq qapıçısı şəxsi “Twitter” hesabında məlumat verib. Ona dəstək olduqlarına görə pərəstişkarlara təşəkkürünü bildirən İker federasiyanın prezidenti olmaq üçün sona qədər mübarizə aparacağını yazıb. Seçkilər bu ilin payızında olacaq.
Ötən ilin mayında infarkt keçirən və əməliyyat olunan Kasilyas bərpa kursunu uğurla başa çatdırsa da, nə meydana çıxıb, nə də futbolçu karyerasını bitirdiyini bəyan edib.

CANLI YAYIM