Ramil Şeydayev" "Sabah"la müqavilə bağlayıb

18 Fevral, 11:30 Sosial mediada paylaşın:
“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.
Razılaşmaya əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna kimi komandada olacaq və 99 nömrə ilə çıxış edəcək. Xatırladaq ki, Ramil karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb, bir müddət Sankt-Peterburq təmsilçisinin əsas komandasının, həmçinin Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.
O, Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasına çağırılır və millimizdə keçirdiyi 26 oyunda 4 qol vurub.

CANLI YAYIM