Messi ilə Hemilton ilin idmançısı seçilib

18 Fevral, 10:41 Sosial mediada paylaşın:
Argentinalı futbolçu  Lionel Messi ilə "Formula 1" üzrə 6 dəfə dünya çempionu Luis Hemilton "Laureus" Dünya İdman Akademiyasının (Laureus World Sports Academy) versiyası  üzrə 2019-cu ci ilin ən yaxşı idmançıları mükafatına layiq görülüblər.
Messi 2018/19 mövsümündə “Barselona”nın heyətində 36 qol vurub, İspaniya çempionu adını qazanıb, həmçinin UEFA Çempionlar Liqasında 12 dəfə fərqlənməklə mötəbər turnirin bombardiri olub. Ümumulikdə mövsümü klub səviyyəsində 51 qolla tamamlayan 32 yaşlı hücumçu həm də "Qızıl buts" mükafatına sahib çıxıb. Hemilton isə karyerasında ardıcıl 5-ci, ümumlikdə isə 6-cı dəfə Formula-1 üzrə dünya çempionatının qalibi olub.
"Laureus" mükafatı 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib və builki mükafatlandırma mərasimi Berlində təşkil olunub.

CANLI YAYIM