Corc Forman Vaylder - Fyuri döyüşünün tarixi əhəmiyyətindən danışıb

17 Fevral, 16:26 Sosial mediada paylaşın:
Corc Forman mətbuata açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Söhbət əfsanəvi boksçunun Deontey Vaylderlə Tayson Fyuri arasında revanş görüş haqda fikirlərini bölüşməsindən gedir. Sabiq dünya çempionu qarşılaşmanın boks tarixində əlamətdar yer tutacağını bildirib: “Boks tarixində ən çox yadda qalan 3 əvəzçıxma döyüşü olub. Onlardan birincisi Co Luislə Maks Şmellinq arasında döyüşdür. Daha sonra Məhəmməd Əli ilə Co Freyzerin revanş qarşılaşmasını qeyd edərdim. Mən Əlinin favorit olduğunu düşünürdüm, amma Freyzer qələbə qazandı. İndi isə rinqdə Vaylderlə Fyuridir və bu qarşıdurma çox maraqlıdır”.
Döyüşün fevralın 22-də Las-Veqasda keçiriləcəyini də xatırladaq.

CANLI YAYIM