"Liverpul" Verneri transfer etməyə yaxındır

16 Fevral, 17:00 Sosial mediada paylaşın:
“Liverpul” “Leypsiq”in hücumçusu Timo Verneri transfer etməyə yaxındır.
İtaliyalı jurnalist Nikola Skiranın məlumatına görə, Mersisayd klubu 23 yaşlı futbolçunun transferi üçün Almaniya klubuna 58 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, Verner 2016-cı ildə “Ştutqart”dan “Leypsiq”ə transfer olunub. Onun bu komanda ilə müqavilə müddəti 2023-cü ilin iyunun 30-da başa çatır. Cari mövsüm Timo bütün turnirləri nəzərə almaqla keçirdiyi 30 oyunda 25 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Liverpul”la yanaşı Vernerlə “Bavariya”, “Real”, “Mançester Yunayted”, “Atletiko”, “İnter” və “Çelsi” də maraqlanır.