Qvardiola oyunçularının mümkün gedişinə görə narahatdır

16 Fevral, 16:00 Sosial mediada paylaşın:
“Mançester Siti”nin qarşıdakı iki mövsümdə avrokuboklardan kənarlaşdırılması Xosep Qvardiolanın narahatlığına səbəb olub.
ESPN-in məlumatına görə, ispaniyalı mütəxəssis futbolçuların komandanı tərk edə biləcəyindən qorxur. Amma Qvardiola komandadan ayrılmaq fikrində deyil. Halbuki, 49 yaşlı mütəxəssisin klubun diskvalifikasiyasından sonra “Yuventus”da işləyəcəyi haqda məlumatlar dolaşırdı. Pep “Mançester Siti” rəhbərliyinin onu istefaya göndərməyəcəyinə qədər başqa klubda işləmək istəmir.  

CANLI YAYIM