Manolova gümüş, Omleçenko bürünc medal qazanıb

15 Fevral, 08:00 Sosial mediada paylaşın:
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Dünən qadın güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanb. 65 kq çəki dərəcəsində mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisi Mariya Kuznetsovaya da gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. Ancaq təmsilçimiz titulunu qoruya bilməyib. Bolqar rəqibi Mimi Nikolova Xristovaya uduzan Elis bu dəfə gümüş medalla kifayətlənib.
62 kq çəki dərəcəsində isə, Tatyana Omleçenko belaruslu Veronika İvanovanı məğlub edərək bürünc medal qazanıb