"Mançester Siti"nin yerinə premyer liqada 5-ci yeri tutan ÇL-ə gedəcək

15 Fevral, 00:21 Sosial mediada paylaşın:
“Mançester Siti” "maliyyə feyr-pleyi" qaydalarını pozduğuna görə qarşıdakı 2 ildə avrokuboklardan kənarlaşdırılıb.
Bununla yanaşı, klub 30 milyon avro cərimə olunub. Amma bu cəza premyer liqa təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinə yollanmaq hüququnu əlindən almayacaq. Yəni, “şəhərlilər” mövsümü ilk “dördlük”də başa vursalar, premyer liqanı 5-ci pillədə bitirən komanda onun yerinə Çempionlar Liqasına vəsiqə qazanacaq.
Buna baxmayaraq, mançesterlilər qərarın ləğv olunması ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək. Artıq bu barədə klub rəsmi bəyanat yayıb.

CANLI YAYIM