Lautaro getsə, "İnter" Obameyanqı transfer edəcək

15 Fevral, 11:00 Sosial mediada paylaşın:
Lautaro Martines “İnter”dən ayrılacağı halda, Milan klubu “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanqı transfer edə bilər.
2021-ci ilə qədər “topçular”la müqaviləsi olan qabonlu futbolçunun “Arsenal”la müqavilə müddətini yeniləmək istəməməsi də prosesi sürətləndirəcək. “Arsenal”da heç bir titul qazana bilməməsi Obameyanqın iş yerini dəyişməsinə şərait yarada bilər.
Təbii ki, milanlılar hər şeydən öncə “Real” və “Barselona”nın hədəfində olan Martinesi heyətində saxlamağa çalışacaq.

CANLI YAYIM